ÜST xəbərdarlıq etdi - Yeni ştamlar yarana bilər

Hazırda oxunan: ÜST xəbərdarlıq etdi - Yeni ştamlar yarana bilər

56106

"Pandemiyanın başa çatacağı gün hələ uzaqdadır və "Omicron” ştamının dünyada inanılmaz şəkildə yayılması ilə yeni ştamlar yarana bilər”.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə deyib.

O, koronavirusun yeni ştamları ilə bağlı vəziyyətin izlənilməsinin və qiymətləndirilməsinin vacibliyini də vurğulayıb.

Xatırladaq ki, "Omicron” ştamı ilk dəfə ötən ilin noyabrında Botsvana və CAR-da aşkar olunub. Əvvəllər koronavirusa yoluxan və peyvənd olunan şəxslər də bu ştama yoluxa bilər. "Omicron” "Delta” ştamından daha sürətlə yayılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin