Fransa prezidentliyinə namizəddən NATO ilə bağlı gözlənilməz AÇIQLAMA

Hazırda oxunan: Fransa prezidentliyinə namizəddən NATO ilə bağlı gözlənilməz AÇIQLAMA

56068

Fransa parlamentinin üzvü və qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd Jan-Lük Melenşon hesab edir ki, Fransa hərbi məsələlərdə müstəqilliyini bərpa etmək üçün NATO-dan çıxmalıdır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Le Monde” qəzeti yayıb.


“Biz NATO-dan çıxmalıyıq. Mən, ilk növbədə, hərbi suverenliyimizi bərpa etmək istəyirəm. Nüvə silahına sahib olan Fransa silah istehsalı məsələlərində ABŞ-dan asılı olmamalıdır”, deyə o, qeyd edib.

Namizədin sözlərinə görə, anti-Rusiya siyasəti Fransanın maraqlarına cavab vermir və belə kurs təhlükəli və absurddur.

“Niyə biz Ukraynanın sərhədlərini qorumalıyıq? İstəyirəm ki, Fransa alyanslardan azad olsun və qloballaşmanın alternativ yollarını dəstəkləsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin