Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev ölkədə baş verən iğtişaşlardan sonra ilk dəfə üzə çıxıb və xalqa müraciət edib.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, onun videosu Elbasının rəsmi YouTube kanalında yayımlanıb.
Videomüraciətdə deyilir:
“Əziz qazaxlılar! Əziz həmvətənlər!
Yanvar hadisələri bütün Qazaxıstanı sarsıtdı. Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi.
Bu hadisələr bir daha onu göstərir ki, müstəqilliyi göz bəbəyi kimi, xüsusilə diqqətli rəftar tələb edən kövrək gəmi kimi əzizləmək lazımdır. Baş verən faciə hamımız üçün dərs oldu. Bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini öyrənmək vacibdir. İstintaq bu suala cavab verəcək.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Mənə ünvanlanan çoxsaylı müraciətlərə və KİV-də yazılanlarla əlaqədar olaraq bildirirəm ki, 2019-cu ildə mən Prezidentin səlahiyyətlərini Kasım-Jomart Tokayevə vermişəm və o vaxtdan pensiyaçı olmuşam, indi də Qazaxıstanın paytaxtında layiqincə istirahət edirəm və heç yerə getməmişəm.
Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır.
Hamı bilir ki, mən 30 il Vətənimiz naminə yorulmadan çalışmışam. Biz onun sərhədlərini möhkəmləndirmişik. Biz mütərəqqi islahatlar apardıq.
Biz birlikdə müstəqil Qazaxıstan qurduq, sosial və iqtisadi inkişafda böyük nəticələr əldə etdik, təkcə Mərkəzi Asiyada deyil, MDB məkanında da bir çox göstəricilərə görə lider olduq. Qazaxıstan dünya birliyində tanınan və nüfuzlu dövlətə çevrilib. Bu, bütün qazaxıstanlıların həmrəyliyinin və birliyinin nəticəsidir.
Ölkədə sabitlik, əmin-amanlıq həmişə mənim məqsədim olub. Biz hamımız bu əbədi dəyərləri yaşatmalıyıq. Biz böhrandan mütləq çıxacağıq və daha da güclənəcəyik.
Prezident xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni islahat proqramı irəli sürdü. Bu proqramı dəstəkləmək lazımdır.
Sizə, əziz həmvətənlər, cansağlığı və firavanlıq arzulayıram!
Mən dövlət başçısı vəzifəsində olduğum müddətdə həyata keçirdiyim islahatlar və modernləşmə kursumu dəstəklədiyiniz üçün sizə təşəkkür edirəm”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:10 / 18.01.2022
Nursultan Nazarbayev üzə çıxdı və xalqa müraciət etdi – VİDEO
Hazırda oxunan: Nursultan Nazarbayev üzə çıxdı və xalqa müraciət etdi – VİDEO
Hazırda oxunan: Nursultan Nazarbayev üzə çıxdı və xalqa müraciət etdi – VİDEO
55961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.