Tələbə bloger görün pulu necə qazanır? – Qısqanc oğlanlar arvadlarının sədaqətini yoxlayır

Hazırda oxunan: Tələbə bloger görün pulu necə qazanır? – Qısqanc oğlanlar arvadlarının sədaqətini yoxlayır

55906

ABŞ sakini digər qadınların sədaqətini yoxlayaraq pul qazanır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Oddity Central” nəşri yayıb.

Amerikalının dediyinə görə, qısqanc oğlanlardan o qədər sifariş alır ki, həftədə bir neçə min dollar qazanır.

Xavyer Long kişilərdən sifariş aldığı xanımlar üzərində "sadiqlik testi" aparır. Qızların sevgililəri və yaxud ərləri 20 yaşlı amerikalıdan xahiş edirlər ki, onların xanımları ilə sosial şəbəkələrdə flört etsin və görüşüb-görüşməməyi üzə çıxsın.

“Mən bu yolla kifayət qədər pul qazandım. Bu testlərin hesabına daha doqquzdan beşə qədər işləmirəm”, – Xavyer bildirib.

Longun sözlərinə görə, o, gün ərzində kişilərdən 100-ə yaxın sorğu alır. Xavyerin hamıya cavab verməyə vaxtı olmur, ona görə də ən maraqlılarını seçir.

Amerikalı xatırlayır: “Bir oğlan mənə “Qardaş, anamı yoxla” sözlərini yazmışdı”.

Oğlanın dediyinə görə, bəzi qızlar onunla görüşə razılıq verməyiblər, ancaq kimsə dərhal telefon nömrəsini yazıb.  

Tələbə qeyd edir ki, maddi qazancdan əlavə, o, insanlara kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin