Ukraynanın sabiq prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri Petro Poroşenkonun tərəfdarları etiraz aksiyası keçirir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, P.Poroşenkoya qarşı ittihamın ləğvini tələb edən şəxslər Kiyevin Peçersk rayon məhkəməsinin binası qarşısına toplaşıblar.
MÖVZU İLƏ BAĞLI:
Keçmiş prezident məhkəmədə yuxuladı – VİDEO
Qeyd edək ki, kemiş prezident ötən gün Polşanın paytaxtı Varşavadan Ukraynaya gəlib.
Prokurorluğun vəsatəti əsasında dövlətə xəyanət işi üzrə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası keçirilib.
Dövlət ittihamçısı çıxışında məhkəmədən P.Poroşenkonun həbsini, ya da 1 milyard qrivna girov tələb edib.
Bizim.Media