“BMW” və “Baidu" pilotsuz maşın hazırlayacaq

Hazırda oxunan: “BMW” və “Baidu" pilotsuz maşın hazırlayacaq

55835
“BMW” və “Baidu” şirkətləri 2017-ci ilədək birgə pilotsuz maşının prototipini yaradacaqlar.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, birgə layihə çərçivəsində şirkətlər Çinin nəqliyyat probleminin həlli üzərində düşünmək niyyətindədirlər, axtarış sistemi isə süni intellekt sahəsində təcrübəsindən istifadə edərək “BMW” avtomobilində internet-servislərini tətbiq edə bilər.
 
Layihə nəqliyyat vasitələrinin avtomatik idarəetmə texnologiyalarının hazırlanmasını nəzərdə tutur. Çin axtarış sistemi pilotsuz avtomobillərin daxili kompüterlərinə yüklənəcək yüksəkölçülü xəritələrin hazırlanması ilə məşğul olacaq. Avtomobillər üçün müəyyən yol situasiyalarında müstəqil qərar qəbul etmək bacarığına malik olan elektron sistemlər yaradılacaq.

“BMW”-nin planlarına əsasən, 2016-cı ilədək şirkət avtomobillərin pilotsuz idarəetmə sistemlərini yaradacaq. Daha dörd ildən sonra yolun müəyyən hissələrində müstəqil idarə ediləcək yüksək texnoloji prototip yaradılacaq.
 
“BMW” 2025-ci ilədək tam robotlaşdırılmış maşın yaratmaq niyyətindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin