Kreml Ukrayna yaxınlığında nüvə silahı yerləşdirə biləcəyinə eyham vurur.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times”ın materialında deyilir.
Jurnalistlər Rusiya prezidenti Vladimir Putinin ölkənin milli təhlükəsizliyini təhdid edən “qırmızı xətlər”lə bağlı açıqlamalarının və Rusiyanın yeni nüvə silahları, o cümlədən hipersəs raketləri yerləşdirməsi ehtimalına dair ABŞ kəşfiyyatının məlumatlarının dərcinin üst-üstə düşdüyünü qeyd ediblər.
Müəlliflər nəşrdə yazırlar ki, Kreml rəhbərinin özü də Vaşinqtonun bilavasitə yaxınlığında sualtı hipersəs raketlərini yerləşdirməyə çalışacağını gizlətməyib.
Guya Putin ABŞ-ın Ukrayna ərazisindən Rusiya Federasiyasına “zərbə endirəcəyindən” narahatdır. Jurnalistlər yazır: “O, Rusiyanın da bunu edə biləcəyini açıq şəkildə bildirib”.
Öz növbəsində, Cenevrədəki yüksək rütbəli rus diplomatı Moskvanın “qeyri-müəyyən” silah sistemlərini “şübhəli” yerlərdə yerləşdirməyə hazır olduğunu qeyd edib.
"Rusiya rəsmiləri son günlər yenidən raketlərin yerləşdirilməsinə eyham vurdular və ABŞ rəsmiləri bu istiqamətdə heç bir addımın atılmadığını təkrarladılar. Bununla belə, Amerika şəhərlərinin yaxınlığında silah yerləşdirməyə cəhd 1962-ci il böhranına bənzər şərait yaradacaq”, - məqalədə deyilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:43 / 17.01.2022
Rusiya Ukrayna yaxınlığında nüvə silahı yerləşdirə bilər – “NEW YORK TIMES”
Hazırda oxunan: Rusiya Ukrayna yaxınlığında nüvə silahı yerləşdirə bilər – “NEW YORK TIMES”
Hazırda oxunan: Rusiya Ukrayna yaxınlığında nüvə silahı yerləşdirə bilər – “NEW YORK TIMES”
55758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.