Almaniyanın paytaxtı Berlinin Charite Universiteti Xəstəxanasının Virusologiya şöbəsinin müdiri Kristian Drosten bildirib ki, COVID-19 2022-ci ildə Almaniyada endemik hala gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Tagesspiegel am Sonntag”a açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Səhiyyə Nazirliyindən "Omikron"la bağlı əhaliyə ÇAĞIRIŞ
O, belə bir nəticə əldə etmək şansının SARS-CoV-2-yə qarşı kütləvi peyvəndlə bağlı yarandığını qeyd edib və onu başa çatdırmağa çağırıb.
Bildirib ki, əgər peyvəndlənmə sürətlənərsə, iyun ayının sonları və iyul ayında bu xəstəlik haqqında çox az adam danışacaq. Kristian Drostenin sözlərinə görə, gec-tez hamı koronavirusa yoluxur. Bundan əvvəl mümkün qədər çox insan peyvənd edilməlidir.
Drosten əlavə edib ki, Almaniya hakimiyyəti pandemiyanın başa çatdığını elan etsə belə, məhdudiyyətlər gələn qışa qayıda bilər:
"Yəqin ki, yenidən qapalı yerlərdə maskalar taxmalı olacağıq, çünki toxunulmazlıq yenidən bir az azalacaq və həssas əhalini yenidən qorumaq lazım olacaq. Əgər peyvəndlənmə ölkələr üzrə 70-80 faiz-ə çatdırılsa, koronavirus həyatımızın adi bir elementinə çevrilə bilər", - deyə K. Drosten bildirib.
Bizim.Media