Almatıdakı iğtişaşlar nəticəsində dəyən zərərin ilkin məbləği açıqlandı

Hazırda oxunan: Almatıdakı iğtişaşlar nəticəsində dəyən zərərin ilkin məbləği açıqlandı

55722

Alma-Atada iğtişaşlar nəticəsində dəyən zərərin məbləği təqribən 260 milyon dollar təşkil edib, sahibkarlıq subyektlərinə isə təqribən 155 milyon dollar ziyan dəyib.

Bizim.Media “russian.rt.com”a istinadən xəbər verir ki, bu haqda informasiyanı şəhər merinin müavini İlyas Userov bildirib.

“Bu günə olan dəymiş zərərin ümumi məbləği təqribən 112,6 milyard tenge təşkil edib ki, bunun da 67 milyard tengesi sahibkarlıq subyektlərinə aiddir”. RİA Novosti Userovun dediklərindən sitat gətirib.

Qaçaq qazax bankir, əvvəllər Fransada yaşamış Muxtar Ablyazov etiraf edib ki, o, Qazaxıstanda etirazçıları iğtişaşlar zamanı inzibati binaları zəbt etməyə çağırıb.

Bildiyiniz kimi, Almatıda iğtişaşlar zamanı 149 mülki şəxs və 11 təhlükəsizlik işçisi həlak olub. Bundan əlavə, şəhərdə 1,3 mindən çox silah oğurlanıb.

KTMT-nin baş katibi Stanislav Zas qeyd edib ki, iğtişaşlar zamanı terror məqsədləri güdən yaxşı təşkilatlanmış qruplar fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin