Sinaqoqda insanları girov götürən şəxsin adı açıqlandı

Hazırda oxunan: Sinaqoqda insanları girov götürən şəxsin adı açıqlandı

55679

Amerika sinaqoqunda insanları girov götürən və azad edilərkən öldürülən şəxsin 44 yaşlı Britaniya vətəndaşı Malik Faysal Əkrəm olduğu müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

"Federal Təhqiqatlar Bürosunun (FTB) Dallasdakı ofisinin xüsusi idarəedici agenti Metyu DeSarno bu gün Texas ştatının Kolleyvil şəhərində girov götürənin şəxsiyyətini təsdiqləyib. Bu, Britaniya vətəndaşı, 44 yaşlı Malik Faysal Əkrəmdir", - büro mətbuata açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Sinaqoqda insanları girov götürən şəxs öldü - DETALLAR - FOTO


O, dörd nəfəri yerli sinaqoqda bir neçə saat girov saxlayıb. Əkrəm onlardan birini, buraxıb. Qalanlarını isə xüsusi təyinatlılar azad edib. Şübhəli əməliyyat zamanı güllələnib. 

KİV-in məlumatına görə, o, Əfqanıstanda amerikalı əsgəri öldürməyə cəhdə görə ABŞ-da 86 il həbs cəzasına məhkum edilmiş pakistanlı Aafiya Siddiqinin azadlığa buraxılmasını tələb edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin