Hakan Şükür Ərdoğanı təhdid etdi

Hazırda oxunan: Hakan Şükür Ərdoğanı təhdid etdi

55672
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Sənayeçi və İş adamları Dərnəyi Baş Məsləhət Komitəsinin iclasında ad çəkmədən Gülən tərəfdarlarına söz atıb.

Müflisləşmə üzrə olan Bank Asya üçün yardım kampaniyasına işarə vuran Ərdoğan bildirib ki, yardım kampaniyalarının heç bir mənası olmayacaq, o bank artıq müflis olub.

Ərdoğanın bu sözlərinə hakim Ədalət və İnkişaf partiyasından millət vəkili olmuş, daha sonra istefa vermiş Hakan Şükür sərt reaksiya verib.

Prezidenti təhdid edən Hakan Şükür twitter-də bunları yazıb:

“Bank Asyanı deyil, kirli pulları yığdığınız bankları gündəmə gətirin. ABŞ dövlət katibi Con Kerrinin “İŞİD-in nefti Türkiyədə satılır” ifadəsinə cavab verin. Terrorçuları kimlər dəstəkləyir? Buna kim cavab verəcək”.

Qeyd edək ki, hakan Şükür AKP-dən millət vəkli seçilmişdi. Lakin ötən il dekabrın dekabrın 17-də “Böyük rüşvət” əməliyyatından sonra partiyadan istefa vermişdi.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin