Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 2,4 milyon nəfərdən çox olub.
Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 2 milyon 425 min 959 nəfər yeni koronavirusa yoluxub, 5 min 776 nəfər isə pandemiyanın qurbanı olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda "Omikron"a yoluxanların son durumu AÇIQLANDI
Bununla da yoluxanların ümumi sayı 326 milyon 672 min 185, ölənlər isə 5 milyon 553 min 520 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (404 min 141 nəfər) və bu xəstəlikdən ölüm faktı (886 nəfər) ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (66,6 milyon), Hindistan (37,1 milyon), Braziliya (22,9 milyon), Böyük Britaniya (15,1 milyon), Fransa (13,8 milyon), Rusiya (10,7 milyon) və Türkiyədə (10,4 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bizim.Media