Avropa İnsan Haqları Məhkəməsi “Paşinyan Ermənistana qarşı” başlıqlı iş üzrə kommunikasiyaları tamamlayıb.
Bizim.Media xəbər verir ki, iş üzrə ərizəçi keçmiş jurnalist və müxalif “Aykakan Jamanak” qəzetinin baş redaktoru, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyandır. Yanvarın 18-də Strasburq məhkəməsi qərarını elan edəcək. İlkin məlumata görə, Avropa Məhkəməsi 2008-ci ilin fevralında Ermənistanın baş nazirinin hüquqlarının pozulmasını tanıyıb.
Nikol Paşinyanın maraqlarını məhkəmədə İrəvanda fəaliyyət göstərən vəkil V.Qriqoryan təmsil edib. Paşinyanın Avropa Məhkəməsinə şikayəti 2008-ci il fevralın 19-da keçiriləcək prezident seçkiləri ərəfəsində baş vermiş hadisələrlə bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
Avropa Məhkəməsi Ermənistanın tələbini rədd etdi - XİN-dən açıqlama
O, həmin vaxt namizəd Levon Ter-Petrosyanın (Ermənistanın birinci prezidenti) fəal tərəfdarı və təşviqat qərargahının üzvü olub.
Şikayətə görə, 2007-ci il oktyabrın 23-də Nikol Paşinyan bir qrup digər Ter-Petrosyanın tərəfdarları ilə birlikdə qarşıdan gələn mitinq barədə ictimaiyyəti məlumatlandırmaq üçün küçə yürüşü keçirib. Şikayətçi iddia edir ki, polis əvvəlcə yürüşün dayandırılması əmrini verib, daha sonra iştirakçılara hücum edərək onları həbs edib.
2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkiləri keçirilib. Əsas iddiaçılar o vaxt hakim partiyanı təmsil edən baş nazir Serj Sarkisyan və müxalifətin əsas namizədi Levon Ter-Petrosyan idi.
Seçkilərin ilkin nəticələrinin açıqlanmasından dərhal sonra Ter-Petrosyan tərəfdarlarını seçki pozuntularına etiraz etmək üçün İrəvanın mərkəzindəki Azadlıq meydanına toplaşmağa çağırıb. Hakimiyyət müxalifət tərəfdarlarını qanunsuz təqiblərlə cavab verib.
2008-ci il martın 1-də polis Azadlıq meydanına gəlib. Paşinyan iddia edir ki, onun əməkdaşları meydanda düşərgə salan nümayişçilərə hücum edib və onları şiddətlə döyüblər.
Bundan sonra Ermənistan hakimiyyəti iddia edirdi ki, Nikol Paşinyan prezidentliyə namizəd Levon Ter-Petrosyan və onun bir sıra tərəfdarları ilə sövdələşib. Guya Ter-Petrosyan prezident seçkilərində məğlub olarsa, o, “konstitusiyaya zidd olaraq dövlətin qanunsuz qəsb edilməsinə yönəlmiş bir sıra hərəkətlərə yol verəcək”.
2009-cu il iyulun 3-də Paşinyan İrəvanın Kentron və Nork-Maraş Rayon Məhkəməsi qarşısına çıxıb və onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Avropa Məhkəməsinə müraciətində Nikol Paşinyan şikayət edir ki, Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq onun həbsi qanunsuz olub.
Paşinyan həmçinin iddia edir ki, o, dinc nümayişlər zamanı etdiyi çıxışlara və verdiyi bəyanatlara görə mühakimə olunub. Bundan başqa, onun təqibi siyasi motivli olub və müxalifət fəaliyyətinin qarşısını almaq məqsədi daşıyıb.
Bizim.Media