Türkiyədə 23 yaşlı oğlan özündən 5 yaş böyük qızı evlərində zorlamaq istəyib.
Hadisə gecə saatlarında baş verib.
Belə ki, Samsun şəhərində çörək sexində çalışan 23 yaşlı Bilal A. 29 yaşlı qızı zorlamaq istəyib. Bilal A. çörək sexinin yerləşdiyi binanın 3-cü mərtəbəsində yaşayan qıza təcavüz etmək üçün balkona çıxıb.
Anası ilə birlikdə yaşayan qızın yataq otağına daxil olan Bilal qızı zorlamaq istəyib.
Lakin o, sonradan naməlum səbəbdən təcavüz etməkdən vaz keçib və evi tərk edib.
Qızın və valideynin şikayəti əsasında Bilal A. saxlanılıb. Məhkəmədə ifadə verən gənc çoxdandır qıza vurulduğunu bildirib.
“Mənlə evlənmək istəmədiyini demişdi. Gecə qızın otağın girib, onu fikrindən daşındırmaq istədim. Ağzını əlimə tutdum ki, qışqırmasın”, deyə Bilal A. bildirib.
Qızın şikayəti əsasında məhkəmə Bilal barədə 4 il 2 ay müddətinə həbs cəzası verib.(ans)






























































































