ABŞ-ən Texas ştatında yerləşən Kollivill şəhərinin polis rəisi Maykl Miller sinaqoqda insanları girov götürməkdə şübhəli bilinən şəxsin öldüyünü bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı CNN telekanalı yayıb.
“Axşam saat 21 radələrində girovları azad etmək üçün xilasetmə qrupu sinaqoqa daxil olub, üç girovu xilas ediblər. Şübhəli ölüb”, - Miller deyib.
MÖVZU İLƏ BAĞLI:
On bir yaşlı uşağın faciəli sonu: Beynini yedilər - VİDEO
Bundan əvvəl Texas qubernatoru Qreq Ebbot bütün girovların azad edildiyini, onların xəsarət almadıqlarını bildirib.
Yanvarın 15-i axşam saatlarında Texasdakı “Beth İsrael” sinaqoqunda bir nəfərin insanları girov götürdüyü məlum olub. Hadisə canlı yayımlanıb.
Sosial media yayımı zamanı ingilis ləhcəli silahlı şəxsin “Kim binaya girməyə cəhd etsə, sizə deyirəm... hamı öləcək” deməsi eşidilir. “Mən öləcəyəm. Mənim üçün ağlamayın” deyə kişi təkrar edir. Sinaqoq ələ keçirildikdən sonra yayım bir neçə dəqiqə davam edib. Səsyazmada yaraqlının girovları hədələməsi eşidilib, sonra isə səs kəsilib.
Kişi terrorçu bacısının azad edilməsini tələb edib. Sözügedən qadının FTX agentinin qətlinə görə 86 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.
O, Texasdakı Karsvell Hərbi Hava Qüvvələri bazasında saxlanılır. Daha sonra ABŞ-da terrorizmdə təqsirli bilinən Aafiya Siddiqinin vəkili hücum edən şəxsin müvəkkilinin qardaşı olması ilə bağlı xəbərləri təkzib edib.
Bizim.Media