Tarkan qəza törətdi - FOTO

Hazırda oxunan: Tarkan qəza törətdi - FOTO

55550
Tarkan qəzaya düşdü. ANS PRESS-in məlumatına görə, meqastar sevgilisi ilə gecə saatlarında Bebekdə gəzintiyə çıxıb. Amma qəfil olaraq paparatssilərlə qarşılaşan müğənni təşvişə düşüb. 

Tarkan maşını ilə sürətlə başqa istiqamətə doğru qaçmaq istəyib. Nəticədə ara küçələrdə jurnalistlərlə müğənni arasında qaçdı-qovdu başlayıb. Dar bir küçəyə girən müğənni qarşıdan gələn maşına yol vermək üçün dayanmaq məcburiyyətində qalıb. 
Bu zaman jurnalistlər Tarkanı yanındakı sevgilisi ilə çəkmək üçün ona yaxınlaşıblar. 

Fotoaparatların işığından narahat olan müğənni geriyə doğru getmək istəyib. Lakin bu zaman onun idarə etdiyi avtomobil başqa maşınla toqquşub. 
Bundan sonra o sürətlə hadisə yerindən uzaqlaşıb. 

Ziyan vurduğu maşının sahibi ilə əlaqə yaradaraq dəyən maddi ziyanı ödəcəyini deyib. 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin