Ağ Ev Rusiyanın Ukraynaya məxfi hücum planını AÇIQLADI - "Ruslar əvvəlcə bir-birini öldürəcək, sonra..." 

Hazırda oxunan: Ağ Ev Rusiyanın Ukraynaya məxfi hücum planını AÇIQLADI - "Ruslar əvvəlcə bir-birini öldürəcək, sonra..." 

55488

"Biz narahatıq ki, Rusiya hakimiyyəti hərbi müdaxilə hazırlayır”.

Bizim.Media xəbər verir ki, bunu Ağ evin rəsmi nümayəndəsi Ceyn Psaki mediaya açıqlamasında bəyan edib.

Psakinin sözlərinə görə, Birləşmiş Ştatlar administrasiyasının əldə etdiyi yeni məlumatların təhlilinə əsasən Rusiyanın Ukrayna üzərinə hücumu yanvarın sonlarında başlayacaq. Lakin o hücumun fevralın əvvəllərində başlamasının da nəzərdən keçirildiyini deyib.

Ağ ev nümayəndəsi deyib ki, Rusiya 2014-cü ilin ssenarisi ilə hərəkət etməyi planlaşdırıb: 

"Bu baş verənlər bizi 2014-cü ilə qaytarır, o cümlədən sabotaj və Ukraynanı Donbassdakı Rusiya qüvvələrinə qaçılmaz hücuma hazırlaşmaqda ittiham etməyə yönəlmiş informasiya əməliyyatları. Rusiya belə əməliyyatları bu cür intensivliklə hücuma bir neçə həftə qalmış həyata keçirir”.

Ağ ev nümayəndəsi Moskvanın hücum üçün saxta bəhanə hazırladığını da deyib.

Bundan əvvəl Pentaqon nümayəndəsi Con Kirbi analoji bəyanatla çıxış etmişdi və bildirmişdi ki, kəşfiyyatın əldə etdiyi məlumatlara görə əvvəlcə xüsusi təlim keçmiş bir qrup Rusiya hərbçisi başqa ölkənin (görünür Ukraynanın) bayrağı altında Donbassa hücum edəcək, orada küçə döyüşləri aparacaq və partlayışlar törədəcək.

Bu zaman Ukraynanı ittiham etmək üçün rusların bir-birini öldürməsi də  nəzərdə tutulur. Ardınca isə Rusiya Ukraynanı Donbassa hücumda ittiham edərək "öz vətəndaşlarını qorumaq” adı altında irimiqyaslı hərbi müdaxilə başladacaq.
Xatırladaq ki, yanvarın əvvəlindən etibarən Rusiya Ukrayna sərhədlərinə hərbi texnika və canlı qüvvə cəmləşdirilməsini intensivləşdirib.

Son iki həftədə hərbi texnika yüklənmiş onlarla eşalonun Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədləri istiqamətində hərəkəti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin