Danimarkanın təhlükəsizlik orqanları İran, Çin, Rusiya və digər dövlətlərin bu ölkədə, eləcə də Arktika bölgəsində casusluq təhdidlərinin artması ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, son illər Danimarkaya qarşı casusluq fəaliyyətlərinə cəhdlə bağlı çoxlu sayda faktlar əldə edilib.
MÖVZU İLƏ BAĞLI:
Son bir ildə Britaniyadan üç Çin casusu qovulub
"Son illər xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən Danimarka, Qrenlandiya və Farer adalarında kəşfiyyat fəaliyyətləri artıb", - deyə Danimarka Təhlükəsizlik və Kəşfiyyat İdarəsindən bildirilib.
Qeyd edək ki, Arktika regionu son illər təbii ehtiyatlar və dəniz yolları baxımından dünya ölkələrinin maraq mərkəzinə düşüb.
Bizim.Media