Türkiyənin ilk kəşfiyyat gəmisi olan “TCG Ufuk” sınaq və təlim gəmisi bu gün istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, rəsmi mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Türkiyə lideri çıxışında qeyd edib ki, türk istehsalı olan silah-sursatı hər il daha çox ölkə alır və ölkənin cari ilin sonunda müdafiə və aerokosmik sahəsində ixracatı 4 milyard dolları keçəcək.
Xatırladaq ki, gəmi 2019-cu ildə inşa olunub.
Bizim.Media