Rusiya ordusundan ani TƏLİM QƏRARI – HHM bölmələri hərəkətə keçdi

Hazırda oxunan: Rusiya ordusundan ani TƏLİM QƏRARI – HHM bölmələri hərəkətə keçdi

55340

Rusiyada Hava Hücumundan Müdafiə bölmələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bizim.Media “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.

Məlumatda, Rusiyanın Şərq Hərbi Dairəsinin qoşunlarında qəfil döyüş hazırlığının yoxlanıldığı öz əksini tapıb.

"Qoşun hazırlığının qış dövrü üçün planlaşdırılmış tədbirlər davam edir. "Vostok-2022" strateji komanda-qərargah təliminə hazırlıq çərçivəsində Şərq Hərbi Dairəsinin qoşunlarında qəfil döyüş hazırlığı yoxlanılır", - deyə qeyd olunub.

Nazirlik əlavə edib ki, təlimlər ordunun yenidən qruplaşdırılmasından sonra Rusiya boyu uzun məsafələrə çevik hərəkət etmək qabiliyyətini qiymətləndirməyə imkan verəcək.

Təlimlər çərçivəsində bəzi birləşmələr və bölmələr daimi dislokasiya məntəqələrindən xeyli məsafədə tanış olmayan təlim poliqonlarına köçürülür.
 

Hava Hücumundan Müdafiə bölmələri hərtərəfli dəstəyin təşkili üçün geniş spektrli tapşırıqlar hazırlamalı, döyüş hazırlığı mövzularında nəzarət-sınaq tapşırıqlarını yerinə yetirməli olacaqlar.


Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dekabrda verdiyi məlumata görə, 2022-ci ildə Silahlı Qüvvələrin əsas təlim tədbirinə çevriləcək “Vostok-2022” strateji komanda-qərargah təlimi sentyabrda keçiriləcəyi bildirilmişdi. Bir sıra xarici dövlətlərin hərbi kontingentinin də sözügedən təlimlərə dəvət edilməsi nəzərdə tutulurdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin