"Əgər Serj Sarkisyan 2018-ci ilə qədər hakimiyyətlə qalacaqsa, o zaman Ermənistanı gözlənilməz nəticələr gözləyir".
Bu barədə keçiridiyi mətbuat konfransında "Erməni milli konqressi" partiyasının mətbuat katibi Arman Musinyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti heç vaxt olmadığı qədər zəifdir: "Prezident Serj Sarkisyanın komandası nə arzusundadır? Ölkədə vəziyyətin yaxşılaşması üzrə heç bir təşəbbüs yoxdur. Ölkənin prezidentinin bir hədəfi var. Sarkiysan yalnız hakimiyyətdə qalmağa çalışır. Nəyə görə konstitusiyada düzəlişlər etməyə çalışırlar".
"Erməni milli konqressi" partiyasının mətbuat katibi həmçinin bildirib ki, müxalifət parlament partiyasının dördlüyü hər şeyi edəcək ki, Sarkisyanın planı alınmasın: "Sabah müxalifət parlament dördlüyünün görüşü olacaq, sonra mitinq günü elan ediləcək. Biz söz veririk ki, erməni xalqını məyus etməyəcəyik".
Musinyan bildirib ki, hakimiyyət dəyişməsi halında hər partiya öz namizədini irəli sürəcək.(ans)
































































































