Dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəli

Hazırda oxunan: Dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəli

55260
Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb.

Moderator.az -ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, siyahıya keçən il olduğu kimi Massaçusets Texnologiya İnstitutu başçılıq edir.
 
İkinci yeri keçən illə müqayisədə reytinqdə irəliləyən Kembrij universiteti, üçüncü yeri isə Londonun İmperial Kolleci tutub. Dördüncü yerdə ABŞ-ın ən məşhur təhsil ocaqlarından biri  Harvard Universiteti qərarlaşıb, beşinci-altıncı yerləri isə İngiltərənin cənubunda, Oksford qraflığında yerləşən eyni adlı universitet və London Universitet Kolleci bölüşdürüblər.
 
İlk onluğu ABŞ-ın dörd ali məktəbi tamamlayır: Stenford universiteti, Kaliforniya Texnologiya İnstitutu, Prinston və Yel universitetləri.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin