Rusiyaya qarşı pomidor aksiyası

Hazırda oxunan: Rusiyaya qarşı pomidor aksiyası

55240
Niderlandın paytaxtı Amsterdamın Dam meydanı başdan-ayağa qırmızı kütləyə bürünüb. 

Rusiyanın Avropaya qarşı tətbiq etdiyi ərzaq və meyvə tərəvəz embarqosundan ziyan çəkmiş yerli fermerlər, Moskvanın bu addımına qarşı, özünə məxsus aksiya keçirib.

“La Tomatina” festivalından ilhamlanaraq, onlar etirazlarını pomidor döyüşü şəklində ifadə edib. Mənzərə marağa səbəb olduğundan, yoldan keçənlər də özləri bilmədən aksiyaya qoşulmuş olub. Üstəlik təşkilatçılar 1 saatlıq pomidor döyüşündə iştirak edən şəxslərin hərəsindən 15 avro alıb. 1000 nəfər yaxın insanın pullu aksiyada iştirak etdiyi bildirilir.

Təşkilatçılar aksiya üçün istifadəyə yararsız 120 min ədəd pomidor alıb.(ans) 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin