"Biz evə qayıtmalıyıq. Tapşırığımızı sona çatdırdıq".
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu qəbul edərkən səsləndirib.
Görüşdə əsasən Qazaxıstanda yerləşən KTMT-nin sülhməramlı missiyası müzakirə edilib. Rusiya prezidenti vurğulayıb ki, KTMT sülhməramlı qüvvələri Qazaxıstanda vəziyyətin sabitləşdirilməsində çox mühüm rol oynayıb.
“Onların qayıtması yanvarın 19-da başa çatacaq”. Müdafiə naziri Sergey Şoyqu prezidentə bu barədə məlumat verib.
Xatırladaq ki, cümə günü, yanvarın 14-də Qazaxıstandan KTMT sülhməramlılarının olduğu 14 təyyarənin havaya qalxması planlaşdırılır.
Müdafiə nazirinin sözlərinə görə, Rusiya təyyarələri Ermənistan, Belarus və Tacikistandan cəlb edilən kontingenti çıxaracaq.
Bizim.Media