Qazaxıstanın bu bölgələrində antiterror əməliyyatı başa çatdı – SİYAHI

Hazırda oxunan: Qazaxıstanın bu bölgələrində antiterror əməliyyatı başa çatdı – SİYAHI

55139

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin 17 rayonundan 14-də antiterror əməliyyatını başa çatdırıb.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Respublika Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

KTMT sülhməramlıları Qazaxıstandan çıxmağa hazırlaşır – Rusiya Müdafiə Nazirliyi


"Hazırda Qazaxıstan Respublikasının 14 rayonunda vəziyyət sabitləşib. Bu səbəbdən terrorizmlə mübarizə üzrə respublika operativ qərargahı antiterror əməliyyatının başa çatması, Nur-Sultan, Çimkent şəhərlərində və Akmola, Aktobe, Atırau, Şərqi Qazaxıstan, Qərbi Qazaxıstan, Karaqanda, Qızılorda, Kostanay, Manqistau, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində terrorçuların kritik qırmızı səviyyəsinin ləğvi barədə məlumat verir”. Mətbuat xidmətinin mesajında belə deyilir. 

Ölkənin üç regionunda isə antiterror əməliyyatı davam edir.

"Eyni zamanda, Almatı şəhərində, Almatı və Jambil vilayətlərində iğtişaşlar zamanı terrorçuların və digər cinayət əməllərində iştirak edən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər həyata keçirilir. Buna uyğun olaraq antiterror əməliyyatı baş tutur. Bu bölgələrdə terror təhlükəsinin kritik qırmızı səviyyəsi yenə də qalır", deyə mənbə vurğulayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin