Azərbaycan SSR Kommunist Partiyasının keçmiş birinci katibi Əbdürrəhman Vəzirov dəfn edilib.
Bizim.Media xəbər verir ki, o, Moskvada Troekurovski qəbiristanlığında torpağa tapşırılıb.
Vida mərasimində Ə.Vəzirovun yaxınları və ailə üzvləri, o cümlədən mərhumun oğlu Eldar Vəzirov çıxış edib. Qurandan surələr oxunub.
Xatırladaq ki, Abdurəhman Vəzirov yanvarın 10-da 92 yaşında Moskvada vəfat edib.
Qeyd edək ki, Əbdürəhman Vəzirov 1930-cu il mayın 26-da Bakıda anadan olub. 1985-1988-ci illərdə SSRİ-nin Pakistandakı səfiri, 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifələrində çalışıb.
Bizim.Media