Tokayev bir daha bəyan etdi: KTMT kontingentinin çıxarılmasına yanvarın 13-də başlanacaq

Hazırda oxunan: Tokayev bir daha bəyan etdi: KTMT kontingentinin çıxarılmasına yanvarın 13-də başlanacaq

55017

Almatıda keçirilən operativ qərargahın iclasında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, KTMT hərbi kontingentinin respublikadan çıxarılmasının başlanması cümə axşamına planlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Qazaxıstan” nəşri yayıb.

“Sabah KTMT sülhməramlı kontingentinin mütəşəkkil şəkildə çıxarılmasına başlanılır. Mən müvafiq dövlətlərin rəhbərləri ilə danışıqlar aparmışam.
 

Fürsətdən istifadə edərək, bu bir neçə gün ərzində görülən işlərə görə kontingentin komandanlığına, həmkarlarıma - dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.


Xatırladaq ki, çərşənbə axşamı Qazaxıstan prezidenti KTMT kontingentinin Qazaxıstandakı əsas missiyasının “uğurla başa çatdığını” və ölkənin bütün regionlarında vəziyyətin sabitləşdiyini, kontingentin çıxarılması prosesinin yanvarın 13-də başlanacağını, 10 gündən çox çəkməyəcəyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin