ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya Ukraynaya müdaxilə edəcəyi təqdirdə böyük itkilər verəcək.
Bizim.Media Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə informasiya ABŞ-ın baş diplomatı ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığından sonra yayılıb.
Blinken və Kuleba Rusiyanın Ukrayna yaxınlığında hərbi birləşmələri ilə bağlı ümumi narahatlıqları qeyd ediblər.
Həmçinin Cenevrədə baş tutan ABŞ-Rusiya Strateji Sabitlik Dialoqu və Brüsseldə keçiriləcək NATO-Rusiya Şurasının iclası, ondan sonrakı nəticələr və növbəti addımlar müzakirə predmeti olub.
Blinken bir daha qeyd edib ki, Rusiya münaqişənin davam etdirilməsi yolunu seçərsə, ABŞ və müttəfiqləri Rusiya iqtisadiyyatını zəiflətməyə, NATO-nun alyansın cəbhəyanı dövlətlərində mövcudluğunu gücləndirməyə və Ukraynaya müdafiə yardımını artırmağa hazırdır.
Bizim.Media