ABŞ hərbi potensialını Rusiya sərhədlərindən uzaqlaşdırmalıdır – SƏFİR

Hazırda oxunan: ABŞ hərbi potensialını Rusiya sərhədlərindən uzaqlaşdırmalıdır – SƏFİR

54947

“Biz Rusiya Federasiyasının müstəqilliyinə və suverenliyinə xələl gətirəcək hadisələrin inkişafına imkan verməyəcəyik. Biz amerikalı yüksək rütbəli rəsmilərin Vaşinqton və Moskva arasında danışıqlar prosesinin dağıdılmasına yönəlmiş təxribatçı bəyanatlarını qəti şəkildə rədd edirik”.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov səsləndirib.

O, həmçinin dövlətləri aqressiv ritorikadan əl çəkməyə və gələcək nəsillər haqqında düşünməyə çağırıb:

“ABŞ Rusiya ilə birlikdə beynəlxalq sülh və təhlükəsizlik üçün xüsusi məsuliyyət daşıyır. BMT Nizamnaməsində belə yazılıb. Xarici siyasət ekspansiyasının aqressiv ritorikasından əl çəkməyin və gələcək nəsillərin necə birlikdə yaşayacaqları barədə düşünməyin vaxtıdır. Bunun üçün sadəcə az iş görmək lazımdır: qonşunuza hörmət edin, hədələməyin və hərbi potensialınızı Rusiya sərhədlərindən uzaqlaşdırın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin