LDPR partiyasının lideri Vladimir Jirinovski özünün Telegram kanalında ABŞ-dakı etnik münaqişələrə görə ölkənin milyonlarla sakininin Sibirə təxliyyə ediləcəyini proqnozlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Rusiya mətbuatında yer alıb.
O, Sovet İttifaqının tarixini xatırlayıb. Siyasətçinin fikrincə, ölkə “rusların milli azlıqları qidalandırması” səbəbindən dağılıb.
Jirinovski hesab edir ki, oxşar vəziyyət indi ABŞ-da yaşanır.
"Orda milli azlıqlar yoxdur, amma afroamerikalılar, meksikalılar, ümumiyyətlə ağ olmayanlar var, onlar artıq öz iradələrini diktə edirlər. Ağlara isə öz hüquqları, mədəniyyətləri, tarixləri haqqında danışmağa icazə vermirlər. Əslində Birləşmiş Ştatlarda ağların hüququ ləğv ediləcək" , deyə o yazıb.
Jirinovski vurğulayıb ki, indi ağdərili amerikalılar hələ də ABŞ-da əhalinin əksəriyyətini təşkil edir. Lakin 10 ildən sonra onlar ayrı-seçkiliklə üzləşən azlığa çevrilə bilərlər.
Siyasətçinin sözlərinə görə, bundan sonra Kanada, Avstraliya və dünyanın digər regionlarına təxliyə başlayacaq. O, etiraf edib ki, bir neçə milyon insanı Sibirdə yerləşdirməyi Rusiyadan xahiş edəcəklər.
Jirinovski bildirib ki, belə şəraitdə ABŞ "dağılacaq", çünki ağdərili amerikalıların getməsindən sonra yeni cəmiyyət texnologiya, iqtisadiyyat və həyatın eyni səviyyədə inkişafını saxlaya bilməyəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:26 / 12.01.2022
Jirinovskidən PROQNOZ: “Milyonlarla ABŞ sakini Sibirə təxliyyə ediləcək”
Hazırda oxunan: Jirinovskidən PROQNOZ: “Milyonlarla ABŞ sakini Sibirə təxliyyə ediləcək”
Hazırda oxunan: Jirinovskidən PROQNOZ: “Milyonlarla ABŞ sakini Sibirə təxliyyə ediləcək”
54939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.