6 aylıq körpədə omikron ştamı aşkar edildi

Hazırda oxunan: 6 aylıq körpədə omikron ştamı aşkar edildi

54871

Rusiyanın Rostov-na-Donu şəhərində xaricə getməyən və başqa ölkələrdən qayıdanlarla əlaqə saxlamayan bir qadın və altı aylıq uşaqda koronavirusun omikron ştamı aşkar edilib.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı “Rospotrebnadzor”un Rostov vilayəti üzrə rəhbəri Yevgeni Kovalev yayıb.

Kovalev regional qərargahının iclası zamanı altı aylıq bir uşaqda və bir qadında omikron ştamı tapıldığını deyib.

Onun sözlərinə görə, nə xəstələrin özləri, nə ailə üzvləri, nə də yaxınları ölkəni tərk edib, xaricdən qayıdanlarla əlaqə saxlayıb.

“Nəticədə, yeni koronavirusun omikron ştamı artıq bütün əlaqəli risklərlə birlikdə yerli paylanmaya malikdir”. RİA Novosti onun dediklərindən sitat gətirib.

Regional Rospotrebnadzor rəhbərinin dediyi kimi, hazırda Rostov vilayətində koronavirusun "hind" ştammı üstünlük təşkil edir (halların 90%-dən çoxu).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin