Əfsanəvi futbolçu Dieqo Maradonanın cəsədindən DNT testi üçün nümunə götürüləcək.
Bizim.Media-nın məlumatına görə, bu barədə Argentina məhkəməsi qərar verib.
Qeyd edək ki, Maradonanın ölümündən sonra qohumları və dostları arasında miras davası açılıb.
Sabiq baş məşqçinin yalnız 5 rəsmi övladının olmasına baxmayaraq, onun övladı olduğunu bildirən bir neçə nəfər DNT testi üçün müraciət edib.
Daha əvvəl vəkili Maradonadan DNT nümunələrinin götürüldüyünü söyləsə də, məhkəmə əfsanəvi futbolçunun cəsədinin yaxın vaxtlarda yandırılmaması barədə qərar verib.
Bizim.Media