Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sosial problemlərlə məşğul olacaq ictimai sosial fondun yaradılması barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Kommersant” nəşrində yer alıb.
Mənbə qeyd edir ki, Qazaxıstan dövlətinin başçısı iş adamlarından, xüsusən də eks-prezident Nursultan Nazarbayevin sayəsində varlananlardan fonda “əhəmiyyətli və müntəzəm töhfələr” gözləyir.
"Bu gün mən ictimai sosial fond yaratmağı tapşırıram. O, səhiyyə, təhsil, sosial dəstək sahəsində real problemlərin həlli ilə məşğul olacaq". Tokayev parlament üzvləri qarşısında çıxış edərkən belə deyib.
Onun sözlərinə görə, fondun adı "Qazaxıstan xalqına" olacaq.
Tokayev əlavə edib ki, o, “iş adamlarından fonda əhəmiyyətli və müntəzəm töhfələr” gözləyir:
“Birinci prezident Elbası (Nursultan Nazarbayev) sayəsində ölkədə çox gəlirli şirkətlər qrupu və beynəlxalq səviyyədə tanınan zəngin insanlar təbəqəsi yaranıb. Hesab edirəm ki, Qazaxıstan xalqına borclarını ödəməlidirlər. Ölkəmizə sistemli və müntəzəm kömək etməyin vaxtı çatıb”.
Qazaxstan prezidenti hökumətə belə şirkətlərin çeşidini müəyyənləşdirməyi və fonda illik töhfələrin məbləğini razılaşdırmağı tapşırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:50 / 11.01.2022
Tokayev etirazlardan sonra ilk dəfə Nazarbayevin adını çəkdi: “Onun sayəsində...”
Hazırda oxunan: Tokayev etirazlardan sonra ilk dəfə Nazarbayevin adını çəkdi: “Onun sayəsində...”
Hazırda oxunan: Tokayev etirazlardan sonra ilk dəfə Nazarbayevin adını çəkdi: “Onun sayəsində...”
54796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.