Fransada dekabrın sonunda koronavirus (COVID-19) əleyhinə vaksinlərin vurulmasına başlanılacaq.
Bizim.Media xəbər verir ki, bunu Fransa Baş naziri Jan Kasteks deyib. O, 100 milyon insan üçün 200 milyon doza peyvənd sifariş edildiyini söyləyib.
İlkin mərhələdə yaşlı insanlar arasında peyvəndləmə aparılacaq. Sonra isə risk qrupuna daxil olan insanlara vaksin vurulacaq.
Üçüncü və son mərhələdə, yazın sonlarında əhalinin qalan hissəsi peyvəndlənəcək. Bildirilib ki, hər kəsə 21 günlük aralıqlarla iki doza peyvənd veriləcək.
Almaniya isə vaksinlərin tətbiqinə 27 dekabr tarixində başlayacaq. İlkin mərhələdə istehsal etdikləri “BioNTech” firmasının vaksini qocalar evinin sakinlərinə vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:54 / 17.12.2020
Dekabrda daha iki ölkədə kütləvi peyvəndləməyə başlanılacaq
Hazırda oxunan: Dekabrda daha iki ölkədə kütləvi peyvəndləməyə başlanılacaq
Hazırda oxunan: Dekabrda daha iki ölkədə kütləvi peyvəndləməyə başlanılacaq
5478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.