Avropa Parlamentinin sədri David Sassoli 65 yaşında İtaliyada vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun mətbuat katibi Roberto Quillo məlumat yayıb.
"David Sassoli yanvarın 11-də saat 01:15-də (Bakı vaxtı ilə saat 04:15) dünyasını dəyişdi", - o, Twitter-də yazıb.
Onun sözlərinə görə, Sassoli xəstəxanaya yerləşdirildiyi İtaliyanın Aviano şəhərində dünyasını dəyişib.
Yanvarın 10-da məlum olub ki, Sassoli immun sisteminin disfunksiyası ilə bağlı ağır fəsadla bağlı xəstəxanaya yerləşdirilib.
The @EP_President David Sassoli passed away at 1.15 am on 11 January at the CRO in Aviano( PN), Italy, where he was hospitalized. The date and place of the funeral will be communicated in the next few hours.
— RobertoCuillo (@robertocuillo) January 11, 2022
Bizim.Media