Stoltenberq: “Ukraynanın NATO-ya qoşulması perspektivindən əl çəkməyəcəyik”

Hazırda oxunan: Stoltenberq: “Ukraynanın NATO-ya qoşulması perspektivindən əl çəkməyəcəyik”

54712

Rusiya ilə münasibətlərin kəskinləşməsinə baxmayaraq, Şimali Atlantika Alyansı Ukraynanın ona qoşulması perspektivindən əl çəkmək niyyətində deyil.

Bizim.Media “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri təşkilatın baş katibi Yens Stoltenberq səsləndirib.

O, Ukraynanın NATO-ya daxil olmasının yalnız rəsmi Kiyevin və alyansa üzv ölkələrin qərarı olduğuna diqqət çəkib.

Stoltenberq deyib ki, Kiyev “özünü müdafiə etmək hüququna malikdir” və NATO bu işdə ona kömək edəcək.
ABŞ və Rusiya Federasiyası arasında Cenevrədə eyni günə planlaşdırılan danışıqları, həmçinin Brüssel və Vyanada sonrakı görüşləri NATO rəhbəri “Avropanın təhlükəsizliyi üçün mühüm həftə” adlandırıb. Bununla belə, o, bu məsləhətləşmələrdən çox şey gözləməməyi qeyd edib.

Bununla yanaşı, Stoltenberq bir daha Rusiyanı Ukraynaya qarşı hərbi təcavüzdən çəkinməyə çağırıb və belə bir qərarın gözlənilməz siyasi və iqtisadi nəticələri olacağını vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin