Meqan Marklın həyat yoldaşı şahzadə Harri ilə kraliyyət ailəsindən uzaqlaşmasının ardından sevimli gəlinə çevrilən Kembric düşesi Keyt Midlton 40-cı ad gününü moda çəkimini xatırladan fotolarla qeyd edib.
Bizim.Media xəbər verir ki, Hollivud ulduzları kimi pozlar verən Keytin fotolarında bir sıra detallar diqqətdən yayınmayıb.
O, italiyalı moda fotoqrafı Paolo Roversinin çəkdiyi şəkillərdə “Alexander McQueen” imzalı geyimləri tərcih edib.
Londondakı “Kew Gardens”da gerçəkləşən çəkimdə Middlton heç tanımadığı qayınanası Şahzadə Diananı da unutmayıb.
Kensinqton Sarayının rəsmi hesabından paylaşılan fotolarda Keyt Middlton, Ledi Diananın “Collingwood” inci və brilliant sırğasını taxıb.
Bəziləri ağ-qara çəkilən və Keytin ictimaiyyətə göstərmədiyi üç fərqli xarakterini əks etdirən fotoların Beynəlxalq Portert Qalereyasında sərgilənəcəyi bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:28 / 10.01.2022
Keyt Middlton 40 yaşını “Hollivud pozları” ilə qeyd etdi - FOTO
Hazırda oxunan: Keyt Middlton 40 yaşını “Hollivud pozları” ilə qeyd etdi - FOTO
Hazırda oxunan: Keyt Middlton 40 yaşını “Hollivud pozları” ilə qeyd etdi - FOTO
54664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.