Ukrayna təyyarəsində ölən sərnişinlərin anası DANIŞDI: Təyyarə vurulmasa 10 milyon iranlı öləcəkdi?

Hazırda oxunan: Ukrayna təyyarəsində ölən sərnişinlərin anası DANIŞDI: Təyyarə vurulmasa 10 milyon iranlı öləcəkdi?

54603

"SEPAH-ın baş komandanı Hüseyn Səlami övladlarımın ölümünün qırxıncı günü evimizə gəldi və dedi ki, əgər bu hadisə baş verməsəydi, 10 milyona yaxın əhalimiz qırılardı və bu hadisə müharibənin baş verməməsinə səbəb oldu".

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna təyyarəsində öldürülən Məhəmməd Hüseyn Zeynəb Əsədi Larinin anası Zəhra Məced Ukrayna sərnişin təyyarəsinin SEPAH tərəfindən vurulması məsələsi ilə bağlı "Şərq" qəzetinə açıqlamasında deyib.

"Əli Şəmxani (İran Ali Milli Əmniyət Şurasının katibi) övladlarımızın yas mərasiminə qatılmışdı. Biz özümüzdə deyildik və məsələni anlaya bilmirdik. Şəmxani matəm zamanı müsahibə də verdi. Biz indi əsas günahkarlardan birinin elə Şəmxani olduğunu düşünürük", - deyə Zəhra Məced bildirib.

Təyyarədə ölən şəxslərin atası Mohsen Əsədi Lari isə "İnsafNews"a açıqlamasında İranın bu əməli törətdikdən sonra Amerikanın üzərinə atmaq istədiklərini iddia edib:

"Artıq bu nəticəyə gəlmişik ki, onlar təyyarəni insan qalxanı olaraq vurublar. Ola bilsin ki, vurub sonra da Amerikanın üzərinə atmaq istəyiblər. Belə bir əmələ daha öncə də əl atıblar".

Övladlarını itirən valideynlər Əli Şəmxani, Hüseyn Səlami və Əmirəli Hacızadədən şikayətçi olublar:

“Hacızadəyə qarşı ittiham irəli sürülüb, lakin onun məsuliyyətə cəlb edilməsi qərarı ləğv edilib və bu barədə bizə məlumat verilməyib. Biz sonradan bu barədə bildirişi aldıq".

Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Sonradan İran hökuməti təyyarənin səhvən vurlduğunu etiraf etdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin