Mail.ru istifadəçilərinin nəzərinə...

Hazırda oxunan: Mail.ru istifadəçilərinin nəzərinə...

54586
Rusiyanın ən böyük elektron poçt xidməti olan "Mail.ru" istifadəçilərinə məxsus 4,6 milyon hesab şifrəsi haqqında məlumat internetdə yayımlanıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yayılan hesab şifrələrinin 95 faizinin aktiv olmayan istifadəçilərə aid olduğu açıqlanıb.
 
Mail.ru-dan verilən açıqlamada kompüter piratları tərəfindən internetə yüklənən mail hesablarının böyük bir hissəsinin hakerlər tərəfindən müxtəlif vaxtlarda virus kimi üsullarla oğurlandığı məlum olub.
 
Qeyd edək ki, keçən həftə digər rus internet portalı "Yandex"in istifadəçilərinə aid 1 milyona yaxın hesab şifrəsi internetdə yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin