Blinken: “Kreml Ukraynanın başına tapança dayayıb”

Hazırda oxunan: Blinken: “Kreml Ukraynanın başına tapança dayayıb”

54583

Moskva ilə “təhlükəsizlik təminatları” üzrə danışıqlarda irəliləyiş üçün şərtlərdən biri Ukrayna sərhədində deskalasiyadır. Rusiya Ukraynanın başına tapança dayadıqda görüşdən irəliləyiş gözləmək çətindir.

Bizim.Media “ABC News”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Rusiyanın sərhədlərində 100 000 əsgərlə Ukraynanın başına silah tutması ilə gərginlik davam edərkən real irəliləyiş əldə etmək çox çətin olacaq”, - Blinken bildirib.

O, əlavə edib ki, Rusiya Ukrayna sərhədindəki qoşunlarının sayını tez bir zamanda iki dəfə artıra bilər. Diplomat qeyd edib ki, belə bir şəraitdə danışıqlardan irəliləyiş gözləmək olmaz.

Blinken deskalasiyanı və hər iki tərəfin qorxularının aradan qaldırılmasını danışıqlarda irəliləyiş üçün şərtlər adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin