Qazaxıstandakı vəziyyətlə bağlı qurumların rəsmi məlumatlarını dərc edən Telegram kanalı ölkədə iğtişaşlar zamanı həlak olan 164 nəfərlə bağlı mesajı silib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Bundan əvvəl Telegram kanalında Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə iğtişaşlar zamanı 164 nəfərin, ən çox Almatıda - 103 nəfərin öldüyü barədə məlumat yayıb.
Qazaxıstanın “Vlast” nəşrinin məlumatına görə, ölkənin səhiyyə nazirliyi bu məlumatları təqdim etmədiklərini bildirib.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Əvvəlcə ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.
Nəticədə yanvarın 4-6-da Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, ölənlər var. Şəhərə böyük ziyan dəyib, mağazalar, ofislər, bankomatlar talan edilib.
Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.
Yanvarın 19-dək bütün Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciətindən sonra o, ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.
Yanvarın 7-də Tokayev bildirib ki, terrorçular, o cümlədən xaricdən gələnlər müqavimət göstərməkdə davam ediblər və silahı yerə qoymayanları məhv edəcəklərinə söz verib.
Bundan əlavə, prezident qeyd edib ki, vətəndaşların dinc formada ifadə olunan bütün tələbləri dinlənilib. Qazaxıstanda iğtişaşlar zamanı 5,8 min nəfər saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:49 / 09.01.2022
Qazaxıstan Səhiyyə Nazirliyi 164 ölən şəxslə bağlı mesajı sildi
Hazırda oxunan: Qazaxıstan Səhiyyə Nazirliyi 164 ölən şəxslə bağlı mesajı sildi
Hazırda oxunan: Qazaxıstan Səhiyyə Nazirliyi 164 ölən şəxslə bağlı mesajı sildi
54578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.