Xarici mətbuatda fövqəladə vəziyyətin tətbiqindən sonra ölkəmizdəki vəziyyətlə bağlı bir sıra yazılar açıq-aşkar səthi və birtərəflidir.
Bizim.Media xəbər verir ki, bu haqda açıqlamanı Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi yayıb.
Qurum bununla bağlı aşağıdakıları qeyd etməyi məqsədəuyğun hesab edib:
“Manqistau vilayətində və ölkənin bütün iri şəhərlərində dinc mitinqlər keçirilib. Aksiya iştirakçılarının tələbləri tam təmin edilib. Lakin bu vəziyyətdən terrorçu, ekstremist və cinayətkar qruplar gərginliyi və zorakılığı artırmaq üçün sui-istifadə ediblər.
Bununla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib.
Almatıda və ölkənin bir sıra digər bölgələrində baş verən hadisələr göstərdi ki, Qazaxıstan xaricdə təlim keçmiş, yaxşı əlaqələndirilmiş terrorçu qrupların silahlı təcavüzünə məruz qalıb. İlkin məlumatlara görə, hücum edənlərdən bəziləri radikal islamçı qrupların tərəfində “qaynar nöqtələr”də döyüşlərdə iştirak təcrübəsinə malikdirlər. Hazırda hüquq-mühafizə orqanları və Qazaxıstan Respublikasının Silahlı Qüvvələri bəzi xarici KİV-lərin təhrif etdiyi kimi “dinc etirazçılar”la deyil, terrorçularla qarşı-qarşıyadır.
Bu vəziyyətdə Qazaxıstan vəziyyəti sabitləşdirməyə kömək etmək üçün təxminən 2500 nəfərdən ibarət sülhməramlı qüvvələr göndərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istədi.
Sülhməramlıların mandatına strateji obyektlərin mühafizəsi və Qazaxıstan hüquq-mühafizə qüvvələrinin qorunması daxildir.
Qeyd edək ki, terrorçu qruplaşmalara qarşı əsas hərbi əməliyyatları hüquq-mühafizə orqanları və Qazaxıstan Silahlı Qüvvələri həyata keçirir.
KTMT-nin sülhməramlı qüvvələri müvəqqəti olaraq Qazaxıstanda olacaq və Qazaxıstan tərəfinin ilk müraciəti əsasında vəziyyət sabitləşdikdən sonra ölkəni tərk edəcək.
Dinc nümayişçilərin heç bir təzyiqə məruz qalmaması xüsusilə vacibdir.
Hüquq-mühafizə orqanlarına bu vəziyyətin səbəbləri ilə bağlı genişmiqyaslı araşdırma aparmaq, nəticələrini beynəlxalq ictimaiyyətə təqdim etmək tapşırılıb.
Qazaxıstan xalqının həmrəyliyini, onların dinc həyatın bərpası üçün Prezident K.Tokayevin qərar və hərəkətlərini qeyd etmək lazımdır.
Qazaxıstan demokratiyanı və Konstitusiyanı islamçı radikallardan və terrorçulardan müdafiə etməkdə qərarlıdır!
Təəssüf ki, toqquşmalar nəticəsində həm hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbi qulluqçular, həm də mülki əhali arasında insan tələfatı var.
Bununla əlaqədar 2022-ci il yanvarın 10-u ölkədə ümummilli matəm günü elan edilib”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:54 / 09.01.2022
Qazaxıstandan rəsmi açıqlama: “Biz "dinc etirazçılar”la deyil, terrorçularla qarşı-qarşıyayıq”
Hazırda oxunan: Qazaxıstandan rəsmi açıqlama: “Biz "dinc etirazçılar”la deyil, terrorçularla qarşı-qarşıyayıq”
Hazırda oxunan: Qazaxıstandan rəsmi açıqlama: “Biz "dinc etirazçılar”la deyil, terrorçularla qarşı-qarşıyayıq”
54554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.