KTMT qoşunları bir həftədən sonra Qazaxıstanı tərk edəcək - RƏSMİ

Hazırda oxunan: KTMT qoşunları bir həftədən sonra Qazaxıstanı tərk edəcək - RƏSMİ

54549

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi kontingenti Qazaxıstanda bir həftə qala bilər.

Bizim.Media “Sputnik Qazaxıstan” Teleqram kanalına istinadən xəbər verir ki, bu fikirləri ölkə prezidenti Kasım Jomart-Tokayevin mətbuat katibi Berik Uali səsləndirib.

Onun sözlərinə görə, vəziyyət normallaşdıqdan sonra xarici hərbi qüvvələr respublikada qalmayacaq.

Qeyd edək ki, KTMT qoşunları Qazaxıstanda strateji və hərbi obyektlərin mühafizəsini həyata keçirir.

“Ola bilsin ki, onlar bir həftə qalsınlar... Terrorla mübarizə əməliyyatı başa çatdıqdan sonra KTMT sülhməramlılarından heç biri Qazaxıstanda olmayacaq”, - Uali bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin