Qırğızıstan Qazaxıstana nota göndərdi - SƏBƏB

Hazırda oxunan: Qırğızıstan Qazaxıstana nota göndərdi - SƏBƏB

54521

Qırğızıstan hakimiyyəti Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı Qazaxıstana nota göndərib. 

Bizim.Media xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev deyib.

“Biz Qazaxıstana nota və bu işlə bağlı bütün məlumatları göndərmişik”, deyə o, qeyd edib.

Taşiyevin sözlərinə görə, Qırğızıstan tərəfi Qazaxıstan hüquq-mühafizə orqanları əməkdaşlarının Qırğızıstanın “hörmətli vətəndaşı, musiqiçisi və ictimai xadimi”nə qarşı əsassız ittihamlarından “inciyib”.

Taşiyev əmin olduğunu bildirib ki, Qazaxıstanda saxlanılan qırğız musiqiçisi Vikram Ruzaxunov terrorçu ola bilməz.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və qırğınlarda iştirakda ittiham olunan Ruzaxunov tez-tez Almatıya qastrol səfərində olub.

Yeni il gecəsi onu bu şəhərə “konsert proqramları keçirmək” üçün dəvət ediblər.

Qazaxıstanda saxlanılan Ruzaxunov Qırğızıstanda tanınmış caz musiqisi ifaçısı, pianoçu, illik “Bişkek-Caz-Bahar” beynəlxalq musiqi festivalının təşkilatçılarından biridir. Bəzi Qazaxıstan KİV-ləri bazar günü Ruzaxunovun Almatıdakı qırğınlarda iştirakını etiraf etməsinin görüntülərini dərc edib. 

Videoda musiqiçinin üzündə döyülmə izləri görünür. Onun saxlanması Qırğızıstanın sosial şəbəkələrində mənfi reaksiyaya səbəb olub, istifadəçilər qazaxıstanlılar üçün humanitar yardımın toplanmasının dayandırılmasını və sülhməramlıların geri qaytarılmasını tələb ediblər.

Bazar günü Bişkekdə Qazaxıstan səfirliyi yaxınlığında Ruzaxunova qarşı təqiblərə son qoyulması tələbi ilə mitinq keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin