“Marqarita əvvəlcə ona yaxın olanları alsın” – Şevçenkodan Simonyana dərs - VİDEO

Hazırda oxunan: “Marqarita əvvəlcə ona yaxın olanları alsın” – Şevçenkodan Simonyana dərs - VİDEO

54519

“Simonyan əvvəlcə Ermənistanın kiril əlifbasına keçməsini tələb etsin”.

Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı siyasətçi və jurnalist Maksim Şevçenko “Russia Today” rəhbəri Marqarita Simonyanın qalmaqallı yazısını "Exo Moskvı" nəşrinə açıqlamasında şərh edərkən səsləndirib.

Şevçenkonun fikrincə, Rusiyanın yüksək vəzifəli məmuru olan Simonyanın qazaxlara ultimatum verməsi Qazaxıstanda Rusiyaya münasibətdə mənfi təsir göstərib:

“Bu, rusları və qazaxları qəzəbləndirmək məqsədi daşıyır”. 

Xatırladaq ki, sosial şəbəkə paylaşımında Simonyan Qazaxıstana yardım etmək üçün Kremlin şərtlərini açıqlayıb:

1. Qazaxıstan Krımı tanımalıdır.

2. Kiril əlifbasına qayıtmalıdır.

3. Qırğızıstandakı kimi rus dili ikinci dövlət dili elan olunmalıdır.

4. Rusdilli məktəbləri rahat buraxmalıdır.

5. Antirusları qovmalıdır.

6. Etnik oyunlar istisnası ilə ölkə daxilində başa düşülən, qardaş siyasətinə keçməlidir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin