Çavuşoğlu: “Türk Dövlətləri Təşkilatı Qazaxıstana dəstək verəcək” – VİDEO

Hazırda oxunan: Çavuşoğlu: “Türk Dövlətləri Təşkilatı Qazaxıstana dəstək verəcək” – VİDEO

54518

Türk Dövlətləri Təşkilatı (TDT) Qazaxıstana dəstək verəcək. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar günü, yanvarın 9-da öz Tvitter hesabında yayımlanan çıxışı zamanı deyib.

“Sabahkı görüşdə vəziyyətlə tanış olacağıq və lazım olan bütün dəstəyi verəcəyik”, - Çavuşoğlu bildirib.

O, qeyd edib ki, Türkiyə Qazaxıstandakı vəziyyəti diqqətlə izləyir. 

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb.

Əvvəlcə ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Nəticədə yanvarın 4-6-da Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, ölənlər var. Şəhərə böyük ziyan dəyib, mağazalar, ofislər, bankomatlar talan edilib.

Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 19-dək bütün Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Yanvarın 7-də Tokayev bildirib ki, xaricdən gələnlər də daxil olmaqla terrorçular müqavimət göstərməkdə davam ediblər və silahı yerə qoymayanları məhv edəcəklərinə söz veriblər.

Bundan əlavə, prezident qeyd edib ki, vətəndaşların dinc formada ifadə olunan bütün tələbləri dinlənilib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin