"Qazaxıstanda əvvəlcə etiraz aksiyaları kimi qabaran proseslər ardınca ölkədə çevriliş etmək istəyənlərin hərəkatına çevrilib. Bəzi dövlət rəsmiləri də Prezident Tokayevin yerinə göz dikib".
Bu fikirdə olan qazax jurnalist Amangeldi Qurmetuli onu da diqqətə çatdırıb ki, Prezidentlik iddiasına qalxanlar etirazçıları daha qızışdıraraq onların içinə terror dəstələri də soxublar:
"Belə informasiyalar var və Almatıdakı gərginliklərə səbəb olaraq bunu görürlər. Polis və əsgərlər şəhid oldu. İndiki durumda isə antiterror əməliyyatı keçirilir".
Bizim.Media ilə özəl dialoqda qazax jurnalist hazırda dövlətin hər şeyə nəzarət etdiyini açıqlayıb.
Amma Almatı bölgəsi və şəhərin özündə xırda qruplaşmalar qalıb və zərərsizləşdirilməsi istiqamətində iş görülür:
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 20 min insanın qatıldığını deyir. Düzdür, bu insanlara tam olaraq terrorçu kimi yetişdirilmiş dəstə deyə bilmərik, lakin onlara qatılanlar var. Həmçinin 4 ölkənin vətəndaşlarından ibarət xarici qruplaşmaların da formalaşdığı iddia olunur. Yəni, bunlara terror dəstəsinin xüsusi bölüyü demək olar. 5 televiziya kanalını darmadağın edən də onlardır. KİV ələ keçirilməsi ilə Qazaxıstana xəbər yaymağa, çağırış etməyə çalışıblar. İndi onların çoxu zərərsizləşdirilib. Ancaq hələ də narahatçılığımız var.
Bununla yanaşı, Nursultan Nazarbayevin də paytaxtda olduğu deyilir. O da bəzi dövlət rəhbərlərilə telefonla danışıb.
Bəzən bu durumun 2016-cı ildə Türkiyədə yaşanan olaylara (hərbi çevriliş cəhdi, "darbe") bənzədiyi də görünür. Söhbət çevriliş etmək istəyənlərin dövlətin içindən (hökumət təmsilçiləri) çıxmasından gedir.
Türkiyədə çevrilişə cəhd edənlər Müdafiə Nazirliyi (əsgərlər), Qazaxıstanda isə Milli Təhlükəsizlik Komitəsi olub.
Qurumun keçmiş sədri Kərim Məsimov və bir neçə səlahiyyətli məmurlar da saxlanılıb. Həmin vəzifəlilərin kimliyi hələki açıqlanmır.
Ancaq böyük bir fəlakətdən yayındıq. Yaxın zamanda hər şey öz yerinə oturandan sonra bütün olanları kimin hazırladığı bəlli olacaq. İnşallah günahkarların hamısı cəzalandırılar".
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:48 / 09.01.2022
Qazax jurnalistdən Bizim.Media-ya Qazaxıstan hadisələrinin ÖZƏL TƏFƏRRÜATI
Hazırda oxunan: Qazax jurnalistdən Bizim.Media-ya Qazaxıstan hadisələrinin ÖZƏL TƏFƏRRÜATI
Hazırda oxunan: Qazax jurnalistdən Bizim.Media-ya Qazaxıstan hadisələrinin ÖZƏL TƏFƏRRÜATI
54512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.