Ermənistanın Moskvadakı səfirliyinə bomba qoyulub? - DETALLAR

Hazırda oxunan: Ermənistanın Moskvadakı səfirliyinə bomba qoyulub? - DETALLAR

54504

Yanvarın 8-də Ermənistan və Belarusun Moskvadakı səfirliklərinin partladılması ilə tirajlanan anonim məlumatlardan sonra polis əməkdaşları cinayət işi açıblar.

Bizim.Media xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

“Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 207-ci ("Terror aktı haqqında bilərəkdən yalan məlumat") maddəsi üzrə cinayət işi başlanıb", deyə qeyd edilib.

Maddənin sanksiyası 500 mindən 700 min rubla qədər cərimə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Həmin ərəfədə agentlik naməlum şəxslərin Ermənistan və Belarusun Moskvadakı diplomatik nümayəndəliklərinə elektron poçt vasitəsilə təhdidlər və qoşunların Qazaxıstan ərazisindən çıxarılması tələbləri ilə mesajlar göndərdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin