Braziliyanın Minas Gerais ştatında Furnas gölündə qayanın uçaraq üç qayığın üzərinə düşməsi nəticəsində ən azı 5 nəfər ölüb, 32 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə CNN hakimiyyətin məlumatlarına istinadən yazır.
Ştatın qubernatoru Romeu Zemanın sözlərinə görə, Furnas gölündəki qaya leysan yağışları səbəbindən boşalıb.
Dövlət Yanğından Mühafizə rəisi Edqard Estevo qeyd edib ki, hazırda 20-yə yaxın insan itkin düşüb.
Hadisə yerində dalğıclar işləyir. On nəfər xəstəxanaya yerləşdirilib.
Bizim.Media