Yanvarın 9-da Qazaxıstanda 38 beynəlxalq reysin yerinə yetirilməsi planlaşdırılır.
Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, bu informasiyanı ölkənin Sənaye Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, gün ərzində 29 reys ləğv ediləcək.
Nur-Sultandan Moskva, Daşkənd, Minsk, Dubay, Novosibirsk, Kiyev, İstanbul, Frankfurt, Şarja, Phukett şəhərlərinə 24 beynəlxalq reys planlaşdırılır. Moskva, Jukovski, İstanbul şəhərlərinə isə 6 reys ləğv edilib.
Almatı, Aktau, Atırau, Türküstan, Çimkent, Kostanay, Karaqanda şəhərlərindən Amsterdam, İstanbul, Ciddə, Kutaisi, Tbilisiyə 14 uçuşun həyata keçirilməsi baş tutacaq.
Moskva, İstanbul, Küveyt, Dubay, Sankt-Peterburq, Daşkənd, Frankfurt şəhərlərinə isə 23 reysin ləğv edildiyi deyilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:18 / 09.01.2022
Bu gün Qazaxıstanda 38 beynəlxalq reys həyata keçiriləcək – ÖLKƏLƏRİN SİYAHISI
Hazırda oxunan: Bu gün Qazaxıstanda 38 beynəlxalq reys həyata keçiriləcək – ÖLKƏLƏRİN SİYAHISI
Hazırda oxunan: Bu gün Qazaxıstanda 38 beynəlxalq reys həyata keçiriləcək – ÖLKƏLƏRİN SİYAHISI
54479
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.